“İnter Mayami”nin hücumçusu Lionel Messi özünüm gələcəyi bağlı maraqlı açıqlama verib.
“İki sahil” xəbər verir ki, argentinalı futbolçu jurnalistin “karyeranızı bitirdikdən sonra klub sahibi, yoxsa baş məşqçi olmaq istərdiniz?” sualına cavab verib.
“Mən klub sahibi olmağı üstün tutaram”, – deyə Messi bildirib. Onun sözlərini insayder Fabritsio Romano sosial şəbəkəsində paylaşıb.
Xatırladaq ki, Lionel Messi 2022-ci ildə Argentina yığması ilə dünya çempionu olub. Karyerası ərzində o, “Barselona”, PSJ və hazırda çıxış etdiyi “İnter Mayami”də oynayıb. Futbolçunun aktivində 8 “Qızıl top” mükafatı var (2009, 2010, 2011, 2012, 2015, 2019, 2021, 2023).