Azərbaycan Çinin "China Datang Corporation Ltd." şirkəti ilə Birgə Yaşıl Enerji Sənaye Parkı layihəsinin həyata keçirilməsinin perspektivlərini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
Onun sözlərinə görə, müzakirələr şirkətin sədri Lü Cün ilə görüşdə baş tutub: "Görüşümüzdə birgə fəaliyyətin perspektivlərini qeyd etdik".
Nazir tərəflərin yaşıl enerji layihələrinin icrası, energetika sektoruna kapital qoyuluşu, lokallaşdırma imkanları və texnologiyalar transferi sahəsində potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardığını qeyd edib.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib