11 noyabr 2025 19:03
106

Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri Təyyarə qəzasını müzakirə ediblər

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcüstanlı həmkarı Geka Geladze ilə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasını müzakirə ediblər.

“İki sahil” Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, G.Geladze türk xalqına başsağlığı verib və axtarış-xilasetmə əməliyyatı bölgəsinə getdiyini deyib.

Türkiyə Prezident Administrasiyası media orqanlarını hadisəni işıqlandırarkən yalnız ölkənin rəsmi strukturlarının məlumatlarına əsaslanmağa çağırıb.