Çexiya Ordusunun 2040-cı ilədək inkişaf Konsepsiyasında ölkənin NATO-nun hərbi potensialının inkişafı üzrə bu günə qədər nəzərdə tutulan hədəflərinin 70 faizini yerinə yetirmədiyi qeyd olunur.
“İki sahil” xəbər verir ki, indiyədək hədəflərin cəmi 30 faizinin yerinə yetirildiyi bildirilir.
Sənədə əsasən, 2029-cu ilədək Müdafiə Nazirliyinin büdcəsi azı ÜDM-in 2 faizi səviyyəsində olacaq. Lakin problemlərin miqyası və müdafiə qabiliyyətinə artan tələblər səbəbindən bu vəsait 2030-cu ilədək yalnız bəzi istiqamətlərdə məhdud modernləşməyə imkan verəcək.
Konsepsiyada vurğulanır ki, ən çox resurs tələb edən mövqelər üzrə geriləmə 5-10 il təşkil edir. Məhdud büdcə səbəbindən yaxın illərdə təchizatla bağlı köhnə problemlərin hamısını aradan qaldırmaq mümkün olmayacaq.
Sənəddə Rusiya Çexiyanın təhlükəsizliyi üçün ən ciddi təhlükə kimi göstərilir, NATO və Avropa İttifaqının üzvlərinə hücum ehtimalının artdığı bildirilir. Analitiklər xəbərdarlıq edir ki, təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi halında ordu tələb olunan hazırlıq səviyyəsinə çatmamış döyüşə cəlb oluna bilər. Bununla belə, NATO Çexiyanın əsas təhlükəsizlik təminatçısıdır.
MOSSAD İsraildə seçkilərə mümkün xarici müdaxilə ilə bağlı araşdırmaya qoşulub