Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.
Bildirilib ki, Azərbaycan və Gürcüstanın müvafiq strukturları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.
Fidan: Hərbi təyyarənin qəzaya uğraması ilə bağlı axtarış-xilasetmə tədbirlərini izləyirik
Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri Təyyarə qəzasını müzakirə ediblər
Baş nazir: Moldova 2027-ci ilin sonunadək Aİ-yə üzvlük danışıqlarını başa çatdırmağa hazır olmalıdır