11 noyabr 2025 02:15
73

Kyeza İtaliya millisinə qatılmaqdan imtina etdi

İtaliya millisinin və "Liverpul"un futbolçusu Federiko Kyeza yığmanın noyabr ayındakı toplanışına qatılmaqdan imtina edib.

“İki sahil” xəbər verir ki, bu haqda millinin baş məşqçisi Cennaro Qattuzo danışıb.

İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, mütəxəssis deyib: "Mən onunla tez-tez danışıram. Hər birimizin verdiyi qərarlara hörmət etməliyik. Bundan artıq heç nə deyə bilmərəm".

Qeyd edək ki, Kyeza bu mövsüm "mersisaydlılar" üçün bütün yarışlarda 12 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Əlavə edək ki, İtaliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Moldova (13 noyabr) və Norveç (16 noyabr) yığmaları ilə qarşılaşacaq.