Növbəti İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkə bəlli olub.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.
O, VII İslamiadaya 2029-cu ildə Malayziyanın ev sahibliyi edəcəyini bildirib.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilir.
Türkiyə Super Liqasının mərc oyunlarında iştirak edən futbolçuları müəyyən olunub