10 noyabr 2025 13:52
85

Azərbaycanın stolüstü tennis yığması İslamiadada bürünc medal qazanıb

Azərbaycanın qadınlardan ibarət stolüstü tennis yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, yarımfinalda Misir seçməsinə 5:8 hesabı ilə uduzan yığmamız üçüncü yeri tutub.

Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.