10 noyabr 2025 03:20
81

Super Liqa: "Qalatasaray" mövsümdə ilk məğlubiyyətini yaşadı

Türkiyə Super Liqasında 12-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 4 oyun baş tutub.

“Fənərbağça” “Kayserispor”la ev oyununda inamlı qələbəyə sevinib. Lider “Qalatasaray” isə səfərdə “Kocaelispor”a uduzub. Bu, son çempionun yeni mövsümdəki ilk məğlubiyyəti olsa da, komanda 29 xalla vahid liderdir. “Fənərbağça” 28, “Trabzonspor” 25, “Samsunspor” 23, “Göztəpə” 22, “Beşiktaş” 20 xal toplayıb.

Türkiyə Super Liqası
12-ci tur
7 noyabr

Gənclərbirliyi – Başakşəhər 2:1
Qollar: Kelven, 35. Nyanq, 53-pen – Şomurodov, 46.

8 noyabr

Qaziantep – Rizəspor 2:2
Qollar: Bayo, 2. K.Rodriqes, 74 – Sou, 92. K.Rodriqes, 59-öz qapısına.

Trabzonspor – Alanyaspor 1:1
Qollar: Onuaçu, 15 – Haci, 73.

Antalyaspor – Beşiktaş 1:3
Qollar: Boli, 52 – Abraham, 2. Djalo, 27. J.Silva, 81.

Kasımpaşa – Göztəpə 0:2
Qollar: J.Santos, 52; 55.

9 noyabr

Karagümrük – Konyaspor 2:0
Qollar: Serjinyo, 32. Fofana, 45.

Kocaelispor – Qalatasaray 1:0
Qol: Aqyei, 45.

Fənərbağça – Kayserispor 4:2
Qollar: Asensio, 38. Nene, 40; 50. K.Aktürkoğlu, 63 – Onuqkha, 53; 74. 

Samsunspor – Eyüpspor 1:0
Qol: Borevkoviç, 85.