09 noyabr 2025 18:10
108

Həndbol üzrə Azərbaycan çempionatında I turun növbəti oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında I turun növbəti oyunları keçirilib.

İki sahil” xəbər verir ki, “AHF Arena” idman kompleksində təşkil olunan ikinci yarış günündə iki matç oynanılıb.

Kişilərin mübarizəsində “Dinamo” - “Təhsil” görüşü maraqlı idman mübarizəsi şəraitində keçib. İlk hissəni 18:14 hesablı üstünlüklə bitirən “Dinamo” üstünlüyü sonadək qoruya bilib. Rəqibin ciddi müqavimətinə baxmayaraq, oyun “Dinamo”nun qələbəsi ilə yekunlaşıb - 33:30.

Qadınlar arasında keçirilən qarşılaşmada isə “İdman Akademiyası” “Bakı”dan üstün olub - 44:30.