09 noyabr 2025 08:36
83

ABŞ-ın müxtəlif şəhərlərində Zəfər Günü ilə bağlı məlumatlandırma kampaniyası keçirilir

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin əməkdaşları İllinoys Urbana-Şampeyn Universitetində 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbirə İllinoys Universitetinin professor, müəllim və tələbə heyəti, Orta Qərbi Amerikanın Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədov və Çikaqoda yaşayan həmvətənlərimiz qatılıblar.

Açılış nitqi ilə çıxış edən səfirliyin əməkdaşı Ramel Lətifov bildirib ki, 8 Noyabr tarixi hər bir azərbaycanlı üçün dərin məna daşıyır. O, deyib ki, bu tarix Şuşa şəhərinin işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası günüdür. R.Lətifov bu günün xalqımızın möhkəmliyini və birliyini simvolizə etdiyini deyib.

O, səfirlik adından Orta Qərbi Amerikanın Azərbaycan Mərkəzinə, Azərbaycan Tələbə Assosiyasiyasına, İllinoys Urbana-Şampeyn Universitetinə, tələbələrimizə və bu bayramın keçirilməsinə şərait yaradan hər kəsə təşəkkür edib.