06 noyabr 2025 23:51
102

“Samsunspor” doğma meydanda Malta klubunu darmadağın edib

UEFA Konfrans Liqasında III turun oyunlarına start verilib.

“İki sahil” xəbər verir ki,  “Samsunspor” doğma meydanda Maltanın “Hamrun” kollektivini sınağa çəkib.

Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda 9 xalı olan Samsun klubu turnir cədvəlinə başçılıq edir.