06 noyabr 2025 17:14
93

Sarqsyanın Ermənistandan çıxışı məhdudlaşdırılıb

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işi çərçivəsində sabiq prezident Serj Sarqsyanın ölkədən çıxışını məhdudlaşdırıb.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə onun vəkili Amram Makinyan sosial şəbəkələrdə məlumat yayıb.