İki ildən sonra Qarabağ Universitetinin ilk məzunları magistratura imtahanlarını da Xankəndidə verəcəklər.
“İki sahil” xəbər verir ki, bunu bu gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Zəfər Günü” ilə əlaqədar keçirilən tədbirdə deyib.
"Biz qəbul imtahanlarını keçirdik və indi növbəti mərhələyə ümidlə baxırıq.
Bildiyiniz kimi, artıq iki ildir ki, Xankəndi Universitetinə qəbul aparılır. İki ildən sonra həmin universitetin ilk məzunları magistratura imtahanlarını da birbaşa Xankəndidə verəcəklər. Biz buna tam əminik", - deyə o vurğulayıb.
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
ADY yükdaşıma infrastrukturunun modernləşdirilməsi və rəqəmsal transformasiya planlarını açıqlayıb