Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi veb-saytı bütün üzv ölkələrin ana dillərində istifadəyə verilib.
“İki sahil” xəbər verir ki, bu barədə TDT-nin yaydığı bəyanatda qeyd olunub.
"Türk Dövlətləri Təşkilatı rəsmi veb-saytının artıq bütün üzv ölkələrin ana dillərində istifadəyə verildiyini məmnuniyyətlə elan edir! TDT xəbərlərini, təşəbbüslərini və resurslarını öz dilinizdə kəşf edin", - deyə bəyanatda vurğulanıb.
Üzv ölkələrin öz ana dillərində təqdim olunan rəsmi veb-saytla aşağıdakı linklərdən tanış olmaq mümkündür:
Azərbaycanca: http://turkicstates.org/az
Qazaxca: http://turkicstates.org/kz
Qırğızca: http://turkicstates.org/kg
Türkcə: http://turkicstates.org/tr
Özbəkcə: http://turkicstates.org/uz.
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
ADY yükdaşıma infrastrukturunun modernləşdirilməsi və rəqəmsal transformasiya planlarını açıqlayıb