Azərbaycanda əmək bazarına yeni daxil olan gənclər üçün vergi güzəştləri tətbiq edilə bilər.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Yeni iş yerləri açanlar üçün vergi güzəştlərinin tətbiqi müzakirə edilib. Bununla bağlı fərqli formalar mövcuddur. Ancaq yeni iş yerinin uçotunun aparılması daha çətin olduğu üçün ola bilsin ki, ümumiyyətlə əmək bazarına yeni daxil olan gənclər üçün güzəştlər verilsin. Bunun bir sıra ölkələrdə tətbiqini görmüşük, gələcəkdə daha dərindən öyrənib, təhlil etmək olar", - deyə o qeyd edib.
Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub
"Elektron ticarət haqqında" qanunun əhatə dairəsinin genişləndirilməsi I oxunuşda qəbul edilib
Bakı Limanında intermodal yük terminalının yaradılması ilə bağlı sənəd imzalanıb