Yaxın gələcəkdə bulvarın uzunluğunun 25 kilometrə çatdırılması nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu layihələri birləşdirən əsas prinsip Bakının inkişafı ilə paralel olaraq onun tarixi ruhunun, ənənələrinin və yenilikçi xarakterinin qorunmasıdır:
"Tarixi mərkəzlərin bərpasından müasir ictimai məkanların yaradılmasına qədər Bakı sistemli və ardıcıl şəkildə inkişaf etdirilərək yeni – daha yaşıl, rahat və tarazlı inkişaf edən şəhərə çevrilir".
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
ADY yükdaşıma infrastrukturunun modernləşdirilməsi və rəqəmsal transformasiya planlarını açıqlayıb