Vergi Məcələsindəki dəyişikliklər strateji sahələrin inkişafının stimullaşdırılması, investisiya mühitinin gücləndirilməsi və kapital qoyuluşlarının artırılması ilə bağlı hədəflər nəzərə alınmaqla hazırlanıb.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Eyni zamanda, lahiyədə ölkə prezidentinin müvafiq fərman və sərəmcamlarından irəli gələrək, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf proqramı çərçivəsində vergi və sosial sığorta güzəştlərinin tətbiqi, balıqçılıq və kənd təsərrüfatı sektoruna dövlət dəstəyinin gənişləndilməsi kimi tapışırıqlar da nəzərə alınıb. Təkliflər layihəsi, həmçinin muzdlu iş üzrə mövcud vergi güzəştlərinin 2026-cı ildən sonraki dövrdə tənzimlənməsi, aksiz siyasətinin beynəlxalq tələblərə uyğunlaşdırılması, yerli avtomobil istehsalının təşviqi, idxaldan asıllığın azaldılması və daxili bazarın qorunması, vergi nəzərətinin və şəffaflığın artırılması, eləcə də, qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsini nəzərdə tutulur", - deyə o qeyd edib.
O.Nəzərlinin sözlərinə görə, layihə 3 əsas blokdan ibarət olmaqla ümumilikdə 45 maddə üzrə 145 dəyişikliyi əhatə edir: "Lahiyənin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq subyeklərinin vergi yükünün azaldılması, vergi daxil olmalarının və büdcə gəlirlərinin səmərəli tənzimlənməsi, vergi nəzəriyyəti mexanizminin təkmilləşdirməsi və "kölgə iqtisadiyyatı" ilə mübarizənin gücləndirilməsindən ibarətdir.
Dəyişikliklər iqtisadiyyatın bir sıra strateji sektorlarını - yerli avtomobil istehsalını, gəmiqayırmanı, neft-qaz sənayesini, dövlət-özəl tərəfdaşlığını, balıqçılığı, ictimai iaşəni və əmək bazarını əhatə edir. Bu istiqamətlər üzrə vergi siyasətinin çevikləşdirilməsi və güzəşt mexanizmlərinin tətbiqi iqtisadi aktivliyi artırmaq, ixrac potensialını genişləndirmək və dövlət gəlirlərinin sabitliyini qorumaq məqsədi daşıyır".
Orxan Nəzərli: Əmək bazarına yeni daxil olan gənclərə vergi güzəştləri ola bilər
Güzəştlər işğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyini artıracaq