Zəfər günü ərəfəsində YAP Nəsimi rayon fəalları Hərbi Memorial Məzarlığı ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində, həmçinin 8 noyabr – Zəfər günü ərəfəsində Ali Baş Komandanın göstərişinə uyğun olaraq cəmiyyət arasında İkinci Fəxri və İkinci Şəhidlər xiyabanı kimi tanınan, hazırda isə Hərbi Memorial Məzarlıq Vətən müharibəsi şəhidlərinin məzarları və Vətən müharibəsinin 5-ci ilinə həsr olunaraq ucaldılan 44 metrlik monumental abidə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyi, aparatı, ərazi partiya təşkilatı sədrləri və partiya fəalları tərəfindən ziyarət olunub.
44 metrlik monumental abidə önündə Vətən müharibəsi şəhidlərinin əziz xatirələri dərin hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül-çiçək dəstələri düzülüb.
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
ADY yükdaşıma infrastrukturunun modernləşdirilməsi və rəqəmsal transformasiya planlarını açıqlayıb