05 noyabr 2025 00:04
99

Əliyar Ağayevin idarə etdiyi oyunda "Arsenal" qələbə qazanıb

Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) oyununu idarə edib.

“İki sahil” xəbər verir ki,  qarşılaşma "topçular"ın 3:0 hesablı qələbəsi ilə bitib.

Azərbaycanlı hakim 32-ci dəqiqədə çexiyalıların futbolçusu Lukas Provodun cərimə meydançası daxilində əllə oynamasına görə penalti təyin edib. Referi VAR-a baxdıqdan sonra qayda pozuntusunu qeydə alıb.

Zərbəni yerinə yetirən Bukayo Saka isə hədəfdən yayınmayıb. Digər qolları Bay Merino (46, 68) vurub.

Əliyar Ağayev matç boyunca "Slaviya"nın 3, "Arsenal"ın isə 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.