Nizami rayonunda naməlum şəxs gecə saatlarında paytaxt sakinini kəsici alətlə hədələyərək onun mobil telefonunu ələ keçirib.
DİN-dən "İki sahil"ə verilən məlumata görə, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törətməkdə şübhəli bilinən 38 yaşlı R.Abbasov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun, bir nəfərə məxsus avtomobildən videoqeydiyyat qurğusunu da oğurladığı məlum olub.
Araşdırma aparılır.
Şabranda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 12 cinayət faktı aşkar edilib
Ombudsman Səbinə Əliyeva Azərbaycan milli amputant futbol komandasının heyətini qəbul edib