Nərimanov rayonunda mağazaların birindən oğurluq edilib.
“İki sahil” xəbər verir ki, noyabrın 1-də Bakı şəhər sakini polisə müraciət edərək ona məxsus mağazadan 30000 manat dəyərində dam örtüklərinin talanmasını bildirib.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı R.Səmədov müəyyən olunaraq saxlanılıb.
Paytaxtın Sabunçu rayonunda isə bir nəfərə məxsus 2300 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən yeniyetmə də polis tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb