Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu bildirib ki, cəzalandırılan hakimlərdən biri düz 18 min 227 dəfə mərc edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə “CNN Turk” telekanalına verdiyi açıqlamada bildirib. Qurum rəhbəri deyib ki, aparılan araşdırma nəticəsində 42 futbol hakiminin ümumilikdə minlərlə mərc etdiyi müəyyən olunub.
Bundan əvvəl xəbər verilmişdi ki, Türkiyə Futbol Federasiyası mərclə məşğul olduqları üçün 149 hakimi səkkiz aydan bir ilədək müddətə futboldan uzaqlaşdırıb. KİV-in məlumatına görə, dövlət qurumlarından əldə edilən məlumatlara əsaslanan federasiya araşdırması göstərib ki, Türkiyənin peşəkar liqalarında fəaliyyət göstərən 571 hakimin 371-nin mərc hesabı olub, onlardan 152-si isə aktiv şəkildə qumar oyunlarında iştirak edib.
2025-ci ildə indiyədək beynəlxalq oyunlarda ən çox qol vuran futbolçu açıqlanıb