31 oktyabr 2025 12:51
144

İqtisadiyyat.az-ın 7 yaşı tamam olur

Bu gün İqtisadiyyat.az xəbər portalının 7 yaşı tamam olur.

“İki sahil” xəbər verir ki, 2018-ci ilin oktyabrın 31-də fəaliyyətə başlayan sayt müstəqil informasiya siyasəti həyata keçirən media subyektidir. 

Portal ölkədə və dünyada baş verən ictimai, siyasi, mədəni, sosial və iqtisadi hadisələri, eləcə də bank sektorundakı yenilikləri, maliyyə və biznes xəbərlərini oxuculara çatdırır.

Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları, təhlil və araşdırmalar geniş oxucu kütləsinə təqdim olunur.

İqtisadiyyat.az saytla yanaşı böyük auditoriyaya malik olan rəsmi sosial şəbəkə səhifələri vasitəsilə də müstəqil informasiya siyasəti həyata keçirir. Bu gün İqtisadiyyat.az-ı “Telegram”da izləyənlərin sayı 20 minə, “İnstagram”da 73 minə, “Tiktok”da 145 minə, “Facebook”da isə 101 minə çatır.

“İki sahil”in kollektivi İqtisadiyyat.azda çalışan həmkarlarını təbrik edir, onlara cansağlığı və yeni yaradıcılıq uğurları diləyir.