Tacikistan Respublikası Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, parlamentin Tacikistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə və digər rəsmi şəxslər qarşılayıblar.
Azərbaycan və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan XİN: İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir