28 oktyabr 2025 09:04
133

Alimlər fırtına və qasırğaların güclənməsinin səbəbini izah ediblər

"Melissa" qasırğasının güclənməsi və onun Yamaykaya təsir edən ən güclü fırtınalardan birinə çevriləcəyi gözləntiləri, böyük ehtimalla, Dünya okeanının sürətli isinməsinin göstəricisidir.

“İki sahil”in "Guardian" qəzetinə istinadən məlumatına görə, bu barədə elm adamlarının apardıqları araşdırmalarda qeyd olunur.

Meteoroloqlar bildirirlər ki, bu il Atlantik okeanında fırtına və qasırğalar zamanı küləyin gücündə nəzərəçarpacaq artım müşahidə olunub. Bu hal insan fəaliyyəti ilə bağlı iqlim böhranı ilə əlaqələndirilir və okean sularının temperaturunun yüksəlməsinə səbəb olur. Belə ki, suyun orta temperaturu təxminən +30°C-dir ki, bu da normadan 2-3°C yüksəkdir.

Alimlərin fikrincə, iqlim dəyişikliyi, xüsusilə qaz yanacağının yandırılması və meşələrin qırılması hava şəraitinə əsaslı şəkildə təsir edir. Bu səbəbdən sürətli və ultrasürətli fırtınaların güclənməsi ehtimalı artmaqda davam edəcək.