19 oktyabr 2025 09:57
102

Messi ABŞ müntəzəm çempionatının bombardiri olub

"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi ABŞ çempionatının (Major League Soccer (MLS) müntəzəm mövsümünün bombardiri olub.

“İki sahil” xəbər verir ki, Messi “Naşvil”lə görüşdə het-trik edib (5-2). Beləliklə, argentinalı hücumçu cari mövsümdə qollarının sayını 29-a çatdırıb. Onun komandası "İnter Mayami" Şərq Konfransında üçüncü yeri tutub və pley-offa vəsiqə qazanıb.

"İnter Mayami" pley-off-un ilk mərhələsində "Naşvil"lə qarşılaşacaq. İlk oyun oktyabrın 24-də Mayamidə keçiriləcək.