19 oktyabr 2025 00:28
143

Baş məşqçi: Bizi satana yer yoxdur!

Qana millisinin baş məşqçisi Otto Addo bəzi futbolçulara qarşı sərt mövqe nümayiş etdirib.

“İki sahil” xəbər verir ki, təcrübəli mütəxəssis, keçmişdə millidə oynamaqdan imtina edən futbolçuların indi geri dönmək istədiklərini bildirib və bu cəhdləri rədd edib.

Addo açıqlamasında deyib: “2021-ci ildə milli komandanın baş məşqçisi olanda bəzi oyunçularla danışdım, amma onlar ‘xeyr, oynaya bilmərik’ dedilər. İndi isə Dünya Çempionatındayıq və geri qayıtmaq istəyirlər. Amma bu, belə işləmir. Öz yollarına davam etsinlər. Biz Qananın qürurunu qorumalıyıq.”

Qana çalışdırıcısının bu sözləri ölkə mətbuatında geniş rezonans doğurub. O, milliyə sədaqətli oyunçularla yola davam edəcəyini vurğulayıb.