“Avromed Company” MMC irsi və qazanılmış qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmaq, həmçinin onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə qanvermə aksiyası keçirib.
Şirkətin baş ofisində reallaşan aksiyada “Avromed Company” əməkdaşları könüllü donor kimi iştirak ediblər. Qanvermə prosesi Mərkəzi Qan Bankının ixtisaslı həkim briqadası tərəfindən həyata keçirilib. Donorların sağlamlıq vəziyyəti əvvəlcədən tibbi müayinə ilə yoxlanılıb, daha sonra qan nümunələri götürülüb.
Toplanan qan ehtiyatı Mərkəzi Qan Bankının laboratoriyalarında müayinədən keçirildikdən sonra talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsinə yönəldiləcək.
“Avromed Company” MMC bu təşəbbüsü korporativ sosial məsuliyyət siyasətinin mühüm istiqamətlərindən biri kimi dəyərləndirir. Şirkət gələcəkdə də sağlamlıq, sosial rifah və ictimai həmrəylik sahəsində həyata keçirilən layihələri davam etdirməklə cəmiyyətə dəstək olmağı qarşısına məqsəd qoyur.
YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
“Yeni Azərbaycan” qəzetinin rəsmi internet saytına kütləvi haker hücumu həyata keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi
Gündüz İsmayılov: Azərbaycanda təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir