Danimarkada son günlər baş verən dron hadisələrindən sonra Almaniya ordusu Kopenhagendə keçiriləcək Avropa İttifaqı Sammitinin təhlükəsizliyinin təmin olunmasında bu ölkəyə dəstək verəcək.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumatında nazir Boris Pistorius və Bundesverin Baş inspektoru Karsten Breuerin Danimarkanın dəstək müraciətini müsbət cavablandıraraq, dronlara qarşı müdafiə işinə töhfə veriləcəyini bildirdikləri qeyd olunub.
Oktyabrın 1-2-də Kopenhagendə keçiriləcək Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının qeyri-rəsmi görüşündə əsas mövzular arasında kritik infrastrukturun qorunması və Avropanın ümumi müdafiə hazırlığının gücləndirilməsi də yer alır.
Danimarka hökuməti mülki və hərbi infrastruktur ətrafında çoxsaylı dron insidentlərinin baş verməsi ilə əlaqədar Avropa İttifaqı liderlərinin görüşünün təhlükəsizliyi üçün müxtəlif ölkələrdən dəstək istəyib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir