İsveç silahlı qüvvələri müdafiə büdcəsinin 2022-ci ildəki 75 milyard krondan bu il 143 milyard krona çatdırılmasına baxmayaraq, əsgərlərin uniforma və təchizatla təmin edilməsində ciddi problemlərlə üzləşməkdə davam edir.
“İki sahil” xəbər verir ki, həm kişilərə, həm də qadınlara uyğun yeni standartlaşdırılmış forma komplektini tətbiq etmək mümkün olmayıb. Ordu həddindən az böyük ölçü və həddindən çox kiçik ölçü sifariş edib. Bu, artıq çatdırılmada ikinci dayandırmadır.
Problemlər ayaqqabılara da aid olub. Satınalmanın təcili olduğundan keyfiyyətsiz botinkalar alınıb və onlar tezliklə yararsız hesab edilib. Qadın hərbçiləri indiyə qədər zəruri əsas geyimlə təmin olunmayıblar – çağırışçıların bir qismi pul kompensasiyalarından istifadə edərək paltarı almağa məcbur olurlar.
Hərbi Xidmətə Çağırış Şurası bu nöqsanlara görə ordunu dəfələrlə tənqid edib və payızda onlara nəzarəti davam etdirməyi planlaşdırır. Silahlı qüvvələrin rəhbərliyi çatışmazlıqları etiraf edir, lakin onların aradan qaldırılması üzrə işin aparıldığını vurğulayır. Xüsusilə, qadın zabitlərə ilk dəfə olaraq yeni geyim formasının elementlərinin, o cümlədən yubkanın hazırlanmasında iştirak etmək imkanı verilib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir