Fransa parlamentinin qətnaməsi Avropa bürokratiyasındakı böhranı göstərir.
“İki sahil” xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fransa parlamentində qəbul olunmuş qətnaməni kəskin tənqid edib.
O, jurnalistlərə açıqlamasında sənədi "Avropa bürokratiyasındakı ağır vəziyyətin göstəricisi" adlandırıb.
"Belə böyük bir ölkənin parlamentinin qətnamə layihəsində açıq-aşkar yalanların yer alması faciəvi haldır. Bu, Avropa bürokratiyasında müşahidə etdiyimiz böhranı açıq şəkildə nümayiş etdirir. Ümid edirəm ki, bu vəziyyət dəyişəcək", – Baş nazir bildirib.
İ.Kobaxidzenin sözlərinə görə, Fransa parlamentinin qətnaməsi Avropa institutlarında mövcud olan problemləri üzə çıxarır və region siyasətinə mənfi təsir göstərir.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir