Pakistanda məhkəmə 17 yaşlı Zeyn Əlini anasını, qardaşını və iki bacısını öldürməyə görə 100 il həbs cəzasına məhkum edib.
“İki sahil” xəbər verir ki, "The Independent"in məlumatına görə, faciə yeniyetmənin PUBG oyununa asılılığı və bunun yaratdığı sinir pozuntusu səbəbindən baş verib.
Hadisə zamanı Əlinin cəmi 14 yaşı olub. O, Lahorda yaşadığı evdə vaxtının çox hissəsini otağa qapanaraq onlayn oyun oynamağa sərf edirdi. Anası onun oyun asılılığına görə dəfələrlə xəbərdarlıq etmişdi.
Qətl günü isə Əli oyunda uğursuzluğa düçar olduqdan sonra əsəblərinə hakim ola bilməyib. Anasının danlağından sonra silah götürərək otağa daxil olub və ailə üzvlərinə atəş açıb.
Hadisə nəticəsində onun anası , böyük qardaşı, həmçinin 15 və 10 yaşlı bacıları həyatını itirib.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir