Azərbaycan və Çin bərpa olunan enerji, hidroakkumulyasiya sistemləri və digər sahələrdə potensial investisiya imkanları nəzərdən keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir "PowerChina Resources Ltd." şirkətinin sədri Conq Haysianq ilə görüşüb.
"Görüşdə Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlığın enerji sahəsində möhkəmləndirilməsi çərçivəsində quruda və dənizdə əməkdaşlıq etdiyimiz günəş-külək enerjisi layihələrinin icrasına dair məsələlər müzakirə edilib", - deyə M.Cabbarov qeyd edib.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib