22 sentyabr 2025 13:16
126

Avropa hava limanlarında yaranan problemin səbəbi...

Avropa Şəbəkə və İnformasiya Təhlükəsizliyi Agentliyinin (ENISA) məlumatına görə, virus keçən həftə Avropa hava limanlarında qeydiyyat sistemlərində fasilələrə səbəb olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Virusun növü müəyyən edilib. Təhqiqata hüquq-mühafizə orqanları cəlb olunub", - agentlik qeyd edib.

Qeyd edək ki, sentyabrın 19-da Berlin-Brandenburq, Zaventem (Brüssel) və Hitrou (London) hava limanlarında sərnişinlər uçuşlarda gecikmələrlə üzləşiblər. Almaniya hava limanından Tagesspiegel-ə bildiriblər ki, sərnişinlərə xidmət sistemləri provayderi olan Collins Aerospace şirkəti kiberhücuma məruz qalıb.