22 sentyabr 2025 11:46
118

Rusiya onları Qazaxıstana ekstradisiya edib

Rusiya 8,5 milyard tenge (təxminən 15,7 milyon dollar) mənimsəməkdə şübhəli bilinən tikinti şirkətinin rəhbərini Qazaxıstana ekstradisiya edib.

“İki sahil” xəbər verir ki, Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, vəsait Akmola vilayətində külək elektrik stansiyasının tikintisinə ayrılıb.

İstintaqın məlumatına görə, şübhəli şəxs 2020-ci ildən 2022-ci ilədək bir qrup şəxslə birlikdə qondarma müqavilələr bağlayıb, tabe şirkətlər vasitəsilə vəsait köçürüb, “Samruk-Enerji” SC-nin törəmə müəssisəsinin vəsaitlərini mənimsəyib. Bu şirkət ölkənin ən böyük enerji holdinqidir və Qazaxıstan hökuməti tərəfindən idarə olunan Samruk-Kazyna suveren fondunun bir hissəsidir.