Avropa İttifaqı (Aİ) yaxın gələcəkdə Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul etmək niyyətindədir.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot bəyan edib. Onun sözlərinə görə, məhdudiyyətlər ABŞ ilə razılaşdırılıb.
"Bu yeni, genişmiqyaslı sanksiyalar paketi Donald Trampın hakimiyyətə qayıtmasından sonra ilk dəfə olaraq ABŞ ilə razılaşdırılıb", - nazir deyib .
19-cu paket üzrə danışıqların sentyabrın 26-da başlaması planlaşdırılır.