Bakı Dövlət Universitetinin (BDU) sentyabrın 17-21-də “TEKNOFEST-2025 İstanbul” aerokosmik və texnologiya festivalında təmsil olunan “BSU SSTCC” komandası böyük uğur qazanıb.
“İki sahil” xəbər verir ki, dünyanın 96 ölkəsindən 565 min 776 komandanın müraciət etdiyi festivalda BDU-nun “BSU SSTCC” komandası “Əngəlsiz həyat texnologiyaları” kateqoriyası üzrə “NeuroScreen” layihəsi ilə I yerə layiq görülüb.
“NeuroScreen” layihəsinin məqsədi iflicli xəstələrin beyin siqnallarının oxunması və filtrlənməsi nəticəsində müxtəlif IoT əsaslı ağıllı ev texnologiyalarının, rəqəmsal vasitələrin və robot əsaslı orqanların idarəsinin təmini, xəstənin sağlamlıq vəziyyətinin anlıq monitorinqi və süni intellekt əsasında təyinidir.
Kimya İnstitutunda azot əsaslı polimerlər və metal nanohissəciklərin qarşılıqlı təsiri araşdırılıb
U-15 dünya çempionatının keçirilməsi üçün nəzərdə tutulan kompleksdə tikinti işləri yekunlaşmaq üzrədir
120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib