İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün köç karvanı ilə yenidən qurulan Kəlbəcər şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
“İki sahil” xəbər verir ki, bu mərhələdə Kəlbəcər şəhərinə 29 ailə - 115 nəfər köçürülüb. Kəlbəcərə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.
Kimya İnstitutunda azot əsaslı polimerlər və metal nanohissəciklərin qarşılıqlı təsiri araşdırılıb
U-15 dünya çempionatının keçirilməsi üçün nəzərdə tutulan kompleksdə tikinti işləri yekunlaşmaq üzrədir
120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib