Azərbaycanda ruandalı tələbələrin sayını artırmaq üçün işlər görülə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mətbuata birgə bəyanatı zamanı danışıb.
Azərbaycan Prezidenti vurğulayıb ki, Heydər Əliyev Fondunun Ruandada təhsil proqramlarını dəstəkləmək şansı olub:
"Yeri gəlmişkən düşünürəm ki, bu sahə ikitərəfli münasibətlərimizdə prioritetlərimizdən biri olmalıdır. Mən cənab Prezidentin səfərindən əvvəl bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycanda Ruandadan cəmi bir tələbə təhsil alır. Hesab edirəm ki, biz tələbələrin sayını artırmaq üçün birgə işləyə bilərik".
Dövlət başçısı bunun Azərbaycanın dövlət təqaüdü çərçivəsində ola biləcəyini bildirib.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib