Xankəndidə Şəhər Günü keçirilir.
“İki sahil” xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutur.
Tədbir çərçivəsində gün ərzində sərgi, tamaşa nümayişi və konsertlər təşkil olunacaq.
Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam bərpa edilib.
Həmin il oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan bayrağı qaldırılıb.
Dövlət başçısının 18 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi kimi təqvimə yazılıb.
Kimya İnstitutunda azot əsaslı polimerlər və metal nanohissəciklərin qarşılıqlı təsiri araşdırılıb
U-15 dünya çempionatının keçirilməsi üçün nəzərdə tutulan kompleksdə tikinti işləri yekunlaşmaq üzrədir
120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib