Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın SOCAR şirkətinə məxsus avtomobilə silahlı hücum olub.
“İki sahil” “Report”a istinadla xəbər verir ki, hadisə hakim “Gürcü arzusu” partiyasının ofisinin yaxınlığında qeydə alınıb.
İlkin məlumatlara əsasən, insident zamanı xəsarət alan olmayıb. Detallar məlum deyil.
Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaqa başladığını açıqlayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı bir nəfəri saxlayıblar.
Ağ Ev ABŞ və Suriya prezidentləri arasında noyabrın 10-da görüş keçiriləcəyini təsdiqləyib
Ermənistanın iqtisadiyyat naziri Qazaxıstandan Azərbaycan vasitəsilə taxıl tədarük edildiyini açıqlayıb
Papuaşvili: Avropa İttifaqının Gürcüstana qarşı şantajı heç bir nəticə verməyəcək