17 sentyabr 2025 20:55
95

756 min avtomobil geri çağırılır - SƏBƏB

Avtomobil konserni "Stellantis" dünya üzrə təxminən 756 min avtomobili geri çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS agentliyi Bild nəşrinə istinadən məlumat yayıb.

Məlumata görə, ümumilikdə 756 916 avtomobil geri çağırılıb, onların 85 642-si Almaniyada qeydiyyatdadır. Geri çağırma kampaniyası Opel, Peugeot, Fiat, Citroen, DS, Lancia və Alfa Romeo markalarına aid modellərə şamil olunur.

Almaniyanın Federal Avtonəqliyyat Agentliyinin (KBA) açıqlamasına əsasən, bəzi avtomobillərdə yüksək təzyiqli yanacaq borusu ilə yanacaq rampası arasındakı birləşmələrin kifayət qədər bərkidilməməsi ehtimalı var. Bu nasazlıq yanacaq sızmasına, alovlanmaya və nəticədə yanğına səbəb ola bilər.

17 iyun tarixinə olan məlumata görə, bu qüsurla bağlı artıq 11 yanğın hadisəsi qeydə alınıb.

Stellantis bildirir ki, geri çağırılan bütün avtomobillər servis mərkəzlərində yoxlanılacaq. Avtomobil sahibləri istehsalçı tərəfindən rəsmi qaydada məlumatlandırılacaq və risklərin qarşısını almaq üçün mütləq servisə müraciət etməlidirlər.