17 sentyabr 2025 19:08
102

Kobaxidze: Avropanın bəzi səfirlikləri Gürcüstanda radikalizmi qızışdırır

Avropanın bəzi səfirlikləri Gürcüstanda radikalizmi qızışdırır.

“İki sahil” xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa bəzi səfirliklərinin ölkədə radikal proseslərin təşviqində iştirak etdiyini bildirib.

Baş nazir bu barədə Britaniya səfirliyində müxalif siyasətçilər Qiqa Bokeriya və Gia Baramidzenin iştirakı ilə keçirilən görüşlə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib:

"Təəssüf ki, Avropanın bir neçə səfirliyi Gürcüstanda radikalizmin qızışdırılmasında birbaşa iştirak edir. Onlar radikallarla tez-tez görüşürlər və bu, acınacaqlı haldır. Konkret səfirliklər radikalizmi təşviq etdikdə, bu, Gürcüstan cəmiyyətinin də diqqətindən yayınmır və ciddi şəkildə mənfi qarşılanır", – Kobaxidze vurğulayıb.

Onun sözlərinə görə, belə hallar Avropa İttifaqının və ümumilikdə Avropa dövlətlərinin imicinə mənfi təsir göstərir:

"Bu, Gürcüstanda Avropa İttifaqının və Avropa bürokratiyasının imicinə ciddi xələl gətirir. Xüsusən də seçkilərdə iştirak etməyən partiyalarla görüşlərin keçirilməsi daha da anlaşılmazdır", – baş nazir əlavə edib.