Milli Məclisdə turizmlə bağlı dinləmənin keçirilməsi təklif olunub.
“İki sahil” xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Göydəniz Qəhrəmanov komitənin bugünkü iclasında çıxış edib.
Onun sözlərinə görə, turizm Azərbaycan üçün prioritet sahələrdən biri olduğundan Milli Məclisdə də müzakirəsi vacibdir.
Komitə sədri Musa Quliyev isə vaxt çatacağı təqdirdə dekabr ayında bu dinləmənin keçirilə biləcəyini deyib:
"Əgər büdcə müzakirələrindən vaxtımız qalmasa, dinləmənin keçirilməsi 2026-cı ilin yaz sessiyasına planlaşdırıla bilər".
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib