Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yunanıstana səfəri çərçivəsində Salonikidə yaşayan soydaşlarımızla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Fuad Muradov Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədovla birlikdə əvvəlcə Saloniki Azərbaycan Evinin fəaliyyəti ilə tanış olub, 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş sərgiyə baxıb.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Görüşdə Azərbaycan diasporunun inkişafı, milli həmrəyliyin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və icma fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Komitə sədri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xaricdə yaşayan azərbaycanlılara göstərdiyi dövlət qayğısından danışıb, Komitənin 70 ölkədəki icmalarla sistemli əməkdaşlığı və diasporun inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verib.
Səfir Arif Məmmədov soydaşlarımızın Azərbaycan ilə Yunanıstan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsindəki rolunu vurğulayıb.
“Qala” Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Saloniki Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədov isə Evin fəaliyyəti barədə məlumat verərək göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə soydaşlarımızın sualları cavablandırılıb, yeni təşəbbüslər və diaspor əlaqələrinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Tədbirin sonunda Rəşid Məmmədova uğurlu diaspor fəaliyyətinə görə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəkkürnaməsi təqdim olunub.
Qeyd edək ki, 2017-ci ildən fəaliyyət göstərən Saloniki Azərbaycan Evi dünyanın 21 ölkəsində fəaliyyət göstərən 32 Azərbaycan Evindən biridir.
Tofiq Musayev: Müharibə cinayətlərində təqsirli bilinən şəxslərin azadlığa buraxılması ilə bağlı çağırışlar beynəlxalq hüquqa ziddir
Vüqar Rəhimzadə: 20 oktyabr 2020-ci il tarixində şanlı Zəfərimizin Zəngilan səhifəsi yazıldı