09 sentyabr 2025 19:37
145

Qətər İsrail və HƏMAS arasında vasitəçiliyi dayandırdı

İsrailin Dohada HƏMAS liderlərinə hücumundan sonra Qətər Qəzza zolağı danışıqlarında vasitəçilik səylərini növbəti xəbərdarlığa qədər dayandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. 

Misir Qətəri dəstəkləyib. "Bu eskalasiya Qəzzada atəşkəsə nail olmaq üçün bütün beynəlxalq səyləri dəyərsizləşdirir və bütün Yaxın Şərqin sabitliyini və təhlükəsizliyini təhdid edir", - deyə, Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və baş naziri Səud Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığında müttəfiqlərini dəstəkləmək və onların təhlükəsizliyini təmin etmək üçün addımlar atacağını bildirib.