Çinin Azərbaycandakı səfiri Lu Mey əmindir ki, Pekin və Bakı əməkdaşlıq üçün böyük perspektivlərə və potensiala malikdir.
“İki sahil” xəbər verir ki, bu barədə diplomat bu gün brifinqdə bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə son səfəri zamanı iki ölkənin liderlərinin praqmatik əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıqlarını xatırladıb.
"Çin Sədri Si Cinpin qeyd edib ki, milli inkişaf strategiyalarının uyğunlaşdırılmasını aktivləşdirmək, "Bir kəmər, bir yol" çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığı inkişaf etdirmək, ticarət və investisiyaların sadələşdirilməsinə töhfə vermək, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) buraxılış qabiliyyətini daim artırmaq, infrastruktur, kənd təsərrüfatı və energetika kimi ənənəvi sahələrdə əməkdaşlığı genişləndirmək, eyni zamanda rəqəmsal iqtisadiyyat, "yaşıl inkişaf" və süni intellekt kimi yeni sahələrdə qarşılıqlı fəaliyyət göstərmək vacibdir", - Lu Mey qeyd edib.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib