03 sentyabr 2025 09:09
185

"Səbail" braziliyalı futbolçu aldı

2025/2026-cı il mövsümü üçün hazırlığını davam etdirən “Səbail” ilk əcnəbi transferini reallaşdırıb.

“İki sahil” xəbər verir ki, 23 yaşlı dayaq yarımmüdafiəçisi Afonso Almeida Duarte ilə 1+1 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu son olaraq ölkəsində “Patriatos” klubunda çıxış edib.