Avropa İttifaqı (Aİ) güclü zəlzələdən zərər çəkmiş Əfqanıstana humanitar yardım göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin rəsmi nümayəndəsi Eva Hrncirova bildirib.
Onun sözlərinə görə, zəruri malların ilk partiyası bu həftənin sonuna qədər Kabilə çatacaq.
Xatırladaq ki, avqustun 31-də gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib. Son məlumatlara görə, ölənlərin sayı 1,1 min nəfəri ötüb.
Tramp məlumat mərkəzlərini xaricdə tikən şirkətləri yüksək vergilərlə hədələyib
ASEAN Parlament Assambleyasında Gürcüstanın Orta Dəhlizdəki rolu müzakirə olunub